UEFA “Sabah”ın rəqibinə qarşı tədbir gördü
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Sabah”la qarşılaşmış Uelsin TNS klubuna qarşı tədbir görüb.
Sportify.az xəbər verir ki, iyulun 14-də keçirilmiş görüşdə meydançanın suvarma sistemi ilə bağlı qayda pozuntusuna yol verilib.
Avropa futbol qurumu buna görə Uels klubuna xəbərdarlıq edib.
Qərar UEFA Stadion İnfrastrukturu Qaydalarının 5.01-ci maddəsinə əsasən qəbul edilib.
Qeyd edək ki, “Sabah” həmin qarşılaşmada səfərdə 2:1 hesabı ilə qalib gəlib.


No Comment! Be the first one.