“Tvente”yə cərimə, “Qarabağ”a xəbərdarlıq
UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın Niderland “Tvente”sinə qarşı keçirdiyi oyunlarla bağlı intizam qərarlarını açıqlayıb.
Sportify.az xəbər verir ki, avqustun 20-də Niderlandda keçirilmiş ilk qarşılaşmada “Tvente” “Qarabağ”a 0:1 hesabı ilə uduzub.
Həmin görüşdə meydan sahibləri, komandanın qeyri-düzgün davranışına görə xəbərdarlıq alıb, azarkeşlərin meydana əşya atmasına görə isə 10 375 avro cərimələnib.
Avqustun 27-də keçirilən cavab matçında isə “Qarabağ” 1:4 hesabı ilə məğlub olub. Ağdam təmsilçisi komandanın qeyri-düzgün davranışına görə xəbərdarlıqla kifayətlənib.



No Comment! Be the first one.