Vahab Fətullayev bürünc medal qazandı
Azərbaycanın şpaqa üzrə milli komandasının üzvü Vahab Fətullayev Budapeştdə keçirilən “Kadet-Junior Párbajtőr Magyar Kupa 3” turnirində uğurlu nəticə göstərib.
Sportify.az xəbər verir ki, gənc oğlanların şpaqa üzrə şəxsi yarışında 149 idmançı mübarizə aparıb.
Fətullayev qrup mərhələsində keçirdiyi 6 görüşün hamısında qələbə qazanıb. Azərbaycanlı qılıncoynadan pley-off mərhələsində Çin və Macarıstan təmsilçilərini məğlub edərək yarımfinala yüksəlib.
O, 1/4 finalda macarıstanlı Akos Kubingeri 15:10 hesabı ilə üstələyib. Yarımfinalda isə Edmond Ventzelə 13:15 hesabı ilə uduzub.
Beləliklə, Vahab Fətullayev turniri üçüncü pillədə başa vuraraq bürünc medal qazanıb.
Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı Macarıstan, Avstriya, Çin, İrlandiya, Rumıniya, Serbiya və Slovakiyadan olan idmançılar iştirak ediblər.



No Comment! Be the first one.