Valdas Dambrauskas: Öz stadionumuz bizə daha uyğundur - VİDEO
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasında İsrailin “Hapoel Beer Şeva” komandasına qarşı pley-off mərhələsinin cavab görüşünün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyi ilə bağlı fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, litvalı mütəxəssis Masazırdakı “Bank Respublika Arena”da yetərincə tamaşaçı tutumunun olmaması səbəbindən belə bir qərarın çıxarıldığını bildirib.
O, indiyədək ev oyunlarını keçirdikləri stadionda çox güclü oyun nümayiş etdirdiklərini vurğulayıb: “Baxaq görək, necə olacaq. Cavab görüşünü doğma arenamızda oynamayacağıq. Təbii ki, öz stadionumuz bizə daha uyğundur. Çünki orada çox güclü oyun nümayiş etdirə bilirik. Üstəlik, səyahət etməyə də ehtiyac qalmır. Öz evimizdəyik, hər şeyi tanıyırıq”.
Dambrauskas ötən mövsüm Respublika stadionunda “Qarabağ”a qarşı 3 oyun keçirdiklərini də xatırladıb.
Qeyd edək ki, avqustun 25-də keçiriləcək “Sabah” – “Hapoel Beer Şeva” matçı saat 20:45-də başlanacaq.



No Comment! Be the first one.