Bens Varkonyi: “Qarabağ”a adaptasiya prosesim çox rahat keçdi
“Planımız oyundan-oyuna artırmaq idi. Bu gün tam olmasa da, yaxşı oyun keçirdik”.
Sportify.az xəbər verir ki, bunu ”Qarabağ”ın futbolçu Bens Varkonyi evdə Ukraynanın “Dinamo” klubunu 2:0 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.
Oyun haqqında təəssüratlarını bölüşən Varkonyi komandanın yaxşı imkanlar yaxaladığını bildirib: “Oyun 90 dəqiqə davam edir. Sözsüz ki, bu müddətdə səhvlərə də yol veririk. “Dinamo Kiyev” yaxşı rəqib olduğu üçün bu mərhələyədək irəliləmişdi. Həm qapıçımızın yaxşı qurtarışları oldu, həm də biz müdafiədə inamlı oynamağa çalışdıq. Məncə, bu, alındı. Düşünürəm ki, onları analiz etmişdik və əks-hücumlar qurduq”.
Avrokubok mərhələsini geridə qoyduqlarını qeyd edən macarıstanlı müdafiəçi Niderland “Tvente”sinə qarşı pley-off matçlarına Azərbaycan Premyer Liqasının ilk tur oyununu başa vurduqdan sonra hazırlaşacaqlarını söyləyib: ”Əvvəlcə biz “Dinamo Kiyev” üzərində qələbənin ləzzətini dadmaq istəyirik. Sonra isə daxili çempionatdakı “Şamaxı”ya qarşı oyunumuza hazırlaşacaq və “Tvente”ni analiz edəcəyik. Bu rəqiblə oyunlarda da qalib gəlmək istəyirik”.
Komandanın hücumameyilli futbol oynadığını qeyd edən 24 yaşlı futbolçu çatışmazlıqlar üzərində işləməli olduqlarını deyib:”Əlbəttə, biz daha çox şeyləri yaxşılaşdırmalıyıq. İnamlı müdafiə olunmaq və hücumlarımızı daha da artırmağımız çox vacibdir. Ona görə də hücumda və müdafiədəki ötürmə xəttimizi, səhvlərimizi düzəltməliyik. Həmçinin qol vurmaq üçün daha çox şans yaratmalıyıq. Son 4 oyunda cəmi 2 qol vurmuşuq. 3 qarşılaşmadan sonra qol vura bildik. Bunun üzərində işləyəcəyik. Buna davam etməliyik və addım-addım inkişaf etməliyik. “Tvente” iə səfər oyununda, əlbəttə ki, onlar öz evlərində oyuna və statistikaya nəzarət etməyə çalışacaqlar, amma baxaq nə olacaq.”
Adapstasiya prosesinin rahat keçdiyini bildirən Varkonyi komandada hər kəsin ona dəstək olduğunu vurğulayıb: “Oynadığımız bu üslub mənim çox xoşuma gəlir, ona görə hər şey bir az daha rahatdır”.



No Comment! Be the first one.