Verdaşka 6 həftə olmayacaq - FOTO
“Kəpəz”in kapitanı Dioqu Verdaşka uzun müddət yaşıl meydançalardan kənarda qalacaq.
Klubdan Sportify.az-a verilən məlumata görə, buna səbəb portuqaliyalı müdafiəçinin dünən məşq zamanı zədələnməsidir.
Tibbi müayinədən keçən 29 yaşlı futbolçunun sağ bud əzələsində 14 sm uzunluğunda yırtıq aşkarlanıb.
“Kəpəz”in tibbi heyətinin protokoluna əsasən, Verdaşkanın müalicəsi 6 həftə sürəcək.




No Comment! Be the first one.