Gənclər və idman naziri Fərid Qayıbov Xankəndi şəhər stadionunda aparılan son tamamlama işləri ilə tanış olub.
Sportify.az xəbər verir ki, nazir stadionda görülən işlərin mövcud vəziyyətini nəzərdən keçirib, infrastrukturun tam hazır vəziyyətə gətirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə maraqlanıb.
Baxış zamanı Fərid Qayıbov məsul şəxslərlə fikir mübadiləsi aparıb, görülən işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, yeni mövsümdə Azərbaycan I Liqasında mübarizə aparan MOİK və “Xankəndi” komandaları ev oyunlarını bu arenada keçirəcək.





No Comment! Be the first one.