Yığmalar beynəlxalq yarışda
Çimərlik voleybolu üzrə Azərbaycan milli komandaları beynəlxalq turnirdə iştirak edəcəklər.
Sportify.az xəbər verir ki, FIVB reytinq xalları qazandıracaq yarış avqustun 11-dən 16-dək Türkiyənin Tekirdağ və Çatalca bölgələrində keçiriləcək.
Azərbaycan turnirdə baş məşqçi Atvars Vildenin rəhbərliyi ilə təmsil olunacaq. Ölkəmizin yarışda bir qadın və bir kişi komandası iştirak edəcək.
Qadınların mübarizəsində Səbinə Əlizadə/Leyla Əliyeva, kişilərin yarışında isə Nəriman Bayramlı/Muhammad Aslanlı dueti qüvvəsini sınayacaq.
Yığmalarımızın əsas hədəfi turnirdə uğurlu nəticə əldə etməklə yanaşı, FIVB reytinqində xallarını artırmaq olacaq.


No Comment! Be the first one.