Yusif İmanov: Bilmədim ki, məni kim vurdu - MÜSAHİBƏ
“İmişli”nin qapıçısı Yusif İmanovun evdə “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının VII tur matçından sonra Sportify.az-a müsahibəsi
– Matçı necə dəyərləndirərdiniz?
– Çox çətin oyun oldu. Kimə və hansı səviyyədə rəqibə qarşı oynadığımızı bilirdik. Milli fasilə boyunca istər məşqlərdə, istərsə də yoxlama oyunlarında “Qarabağ”la oyuna hazırlaşmışdıq. İstədiyimiz şeyləri hardasa yerinə yetirə bildik. Amma bəzi fərdi səhvlərdən boşluqlar verdik, qollar buraxdıq. Olmamalı idi, amma oldu. Bu da “Qarabağ”ın keyfiyyətinin göstəricisidir.
– Bir epizodda kürəyi üstə yerə yıxıldınız. Orada hansısa problem olmadı
– Açığı, orada bilmədim ki, məni kim vurdu: bizimki, yoxsa onlarınkı. Yerə yıxılanda ayaqlarım üzüldü və kürəyimin üstə pis düşdüm. Bir qədər ağrı verdi, indi də ağrılarım var. Amma inanıram ki, tezliklə düzələcək.
– Ciddi bir problem yoxdur?
– Xeyr.
– Sabiq klubunuz “Sabah” sizi Beynəlxalq İdman Arbitraj Məhkəməsinə verib. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?
– Bu barədə vəkilim Elcan Hacıyevlə danışsanız, daha yaxşı olar. Mən həmin məsələlərə qarışmıram. Suallarınızı vəkilimə ünvanlayarsınız. Çünki məsələnin bütün təfərrüatlarını bilmirəm.
– Məhkəmə prosesi ilə bağlı hər hansı tarix müəyyənləşdirilib?
– Proses davam edir. Biz də hazırda gözləyirik. 2 oktyabra məhkəmə təyin olunmuşdu. Hələlik nəticəsini bilmirik.
Haşım MƏMMƏDOV



No Comment! Be the first one.