Yusif İmanov səhvini etiraf etdi - VİDEO
“İmişli”nin qapıçısı Yusif İmanov Misli Premyer Liqasının II turunda “Zirə” ilk oyun zamanı səhvə yol verdiyini etiraf edib.
Bu barədə Sportify.az-a 24 yaşlı qolkiperin özü açıqlama verib.
O, ilk qol epizodunu izlədikdən sonra belə bir qənaətə gəldiyini bildirib: “Baxdım, etiraf edirəm ki, mənim səhvim idi. Əslində qapıya top pis getdi. Rəqib 10 zərbə vursaydı, yenə qol olmazdı. Amma mənim səhvim idi. Çünki belə qolların məsuliyyəti qapıçıların üzərinə düşür. Bəxtsiz top idi. Lakin qəbul edirəm ki, mənim səhvim idi”.
Qeyd edək ki, “İmişli” “Zirə” ilə səfər oyununda 1:3 hesabı ilə məğlub olub. İlk qol epizodunda Yusif İmanov Eren Aydının cinahdan vurduğu zərbəni dəf edə bilməyib.



No Comment! Be the first one.