13 yaşadək futbolçular arasında keçirilən Azərbaycan çempionatında dava düşüb.
Sportify.az xəbər verir ki, insident U-13 Liqasında Zaqatalanın “Alfa” və “Aslan” komandaları arasındakı qarşılaşmada yaşanıb.
Zaqatalada baş tutan qarşılaşmada “Alfa”nın baş məşqçisi Rüstəm Məmmədov rəqib komandanın məşqçisinə qarşı fiziki zor tətbiq edib.
İnsident üzündən oyunda təhlükəsizliyi təmin etmək mümkün olmayıb və qarşılaşma 40-cı dəqiqədə yarımçıq dayandırılıb.
AFFA İntizam Komitəsinin qərarına əsasən, Rüstəm Məmmədov növbəti 5 oyuna buraxılmayacaq. “Aslan” komandasına isə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Qeyd edək ki, Rüstəm Məmmədov vaxtilə “Zaqatala”nın baş məşqçisi olub.


No Comment! Be the first one.