Zaqreb Qran Prisi: Daha 3 cüdoçumuz mübarizəyə qoşulur
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran Pri turnirinin ikinci günündə Azərbaycanın iki çəki dərəcəsində 3 cüdoçusu mübarizəyə qoşulacaq.
Sportify.az xəbər verir ki, Südabə Ağayeva qadınlar arasında 70 kq çəkidə qüvvəsini sınayacaq.
Nəriman Mirzəyev və Rüfət Şövlətov isə kişilər arasında 73 kq çəki dərəcəsində çıxış edəcək.
Zaqreb Qran Prisi
14 noyabr
Qadınlar
70 kq, 1/16 final
Südabə Ağayeva – Olha Tsimko
Kişilər
73 kq, 1/32 final
Nəriman Mirzəyev – Valtteri Olin
Rüfət Şövlətov – Luka Katiç
Təsnifat görüşləri Bakı vaxtı ilə saat 12:45-də, final bloku isə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, ilk yarış günündə Gültac Məmmədəliyeva 52 kq çəkidə bürünc medal qazanıb.



No Comment! Be the first one.