Messi cərimə zərbəsindən 76-cı qolunu vurdu – VİDEO
Lionel Messi ABŞ klubu “İnter Mayami”nin MLS-də “Kolumbus Kru”ya 1:2 hesabı ilə məğlub olduğu oyunda cərimə zərbəsindən qol vurub.
Sportify.az xəbər verir ki, qarşılaşmada hesabı 28-ci dəqiqədə Josef Martinez penaltidən açıb. Messi isə 33-cü dəqiqədə birbaşa cərimə zərbəsindən fərqlənərək hesabı bərabərləşdirib.
“İnter Mayami” uzun müddət məğlubiyyətdən qaçsa da, komanda 90+6-cı dəqiqədə Santyaqo Moralesin qırmızı vərəqə alması ilə 10 nəfərlə qalıb. Kolumbusun futbolçusu Jamal Thiare 90+9-cu dəqiqədə qələbə qolunu vurub.
Messi son 7 oyunda birbaşa cərimə zərbələrindən 4 qol vurub. Bununla da argentinalı ulduzun karyerasında frikikdən vurduğu qolların sayı 76-ya çatıb. O, bütün zamanların rekorduna çatmaq üçün daha 2 qol vurmalıdır.
Messinin ümumi karyera qollarının sayı isə 931-ə yüksəlib.



No Comment! Be the first one.