“Sabahın ulduzları”nda bürünc medalçılar müəyyənləşdi
“Sabahın ulduzları” layihəsi çərçivəsində Bakı Kuboku uğrunda yarışlarda hər iki yaş qrupu üzrə üçüncü yer uğrunda oyunlar keçirilib.
Sportify.az xəbər verir ki, U-14 yaş qrupunun görüşündə “Neftçi” və “Ulduz” komandaları qarşılaşıb.
Matç “Ulduz”un 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın heyətində Hünər Səmədli het-trik edib, digər qolu isə Said Statema vurub. “Neftçi”nin qollarına Bəxtiyar Bayramlı və Adil Şabanov imza atıblar.
Beləliklə, “Ulduz” U-14 yaş qrupunda üçüncü yeri tutaraq bürünc medallara sahib olub. “Neftçi” isə yarışı dördüncü pillədə başa vurub.
U-15 yaş qrupunda isə “Qarabağ” və EFA komandaları üz-üzə gəlib.
Əsas vaxt 2:2 hesabı ilə başa çatıb.
Əlavə vaxtda komandalar daha bir dəfə fərqlənərək hesabı 3:3-ə çatdırıblar. Penalti seriyasında isə “Qarabağ” 6:5 hesabı ilə qalib gəlib.
Nəticədə “Qarabağ” U-15 yaş qrupunda üçüncü, EFA isə dördüncü yeri tutub.
Qeyd edək ki, sentyabrın 30-da hər iki yaş qrupu üzrə final oyunları keçiriləcək.
Final qarşılaşmaları və mükafatlandırma mərasimi CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.




No Comment! Be the first one.