Abdulla Xaybullayev: Litva ilə oyunda əlimizdən gələni etməliyik
Azərbaycan millisi UEFA Millətlər Liqasının III turunda Lixtenşteyn yığması ilə qolsuz heç-heçə edib – 0:0.
Matçdan sonra millimizin futbolçusu Abdulla Xaybullayev Sportify.az-a açıqlamasında qarşılaşmanın çətin keçdiyini bildirib.
O, komandanın qol imkanlarından yararlana bilmədiyini və Litva ilə növbəti oyuna köklənməli olduqlarını vurğulayıb:
“Bu oyunla bağlı nəsə demək çətindir. Düşünürəm ki, rəqib möcüzə nəticəsində qalib gəlməsə də, ən azı bir qol vura bilərdik. Həmin qolu vursaydıq, oyun açılardı və daha çox qol vurmaq imkanımız olardı. Təəssüf ki, fürsətlərimizi reallaşdıra bilmədik.
Belə oyundan sonra Litva ilə matça köklənmək nə qədər çətin olsa da, bunu etməliyik. Çünki başqa şansımız yoxdur. Əgər bu oyunda qalib gəlməsək, sonrakı mərhələdə başqa şansımız olmayacaq. Buna görə də Litva ilə qarşılaşmada əlimizdən gələni etməliyik”.


No Comment! Be the first one.