“Aerowingo”dan "Neftçi" azarkeşlərinə İstanbul bileti!
“Neftçi” yeni kampaniyaya start verib.
Klubun mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, Misli Premyer Liqasında VII turun oktyabrın 9-da “Sabah”la ev oyununa onlayn bilet alıb biletini stadionun girişində skan edərək, matçda iştirak edən azarkeşlərdən biri Türkiyənin İstanbul şəhərinə aviabilet qazanacaq.
İlin sonunadək isə hər 3-cü ev oyununda “ağ-qaralar”ın bir azarkeşi aviabilet qazanmaq şansı əldə edəcək. Növbəti aviabilet üçün iştirakçı ardıcıl 3 ev oyununa onlayn bilet almalı, biletlərini stadionun girişində skan edərək, hər 3 matçda iştirak etməlidir.
Qalib 3-cü oyunun ilk hissəsinin gedişində bütün şərtləri yerinə yetirən iştirakçılar arasından təsadüfi şəkildə seçiləcək. Şəffaflığın təmin olunması üçün qalibin seçilmə prosesinin videosu “Neftçi”nin sosial şəbəkələrinin hekayə bölməsində paylaşılacaq.
Qalib olan şəxsə hədiyyə oyunun fasiləsində, meydançada – bütün azarkeşlərin gözü qarşısında təqdim ediləcək. Müsabiqədə yalnız onlayn bilet alan azarkeşlər iştirak edə bilərlər.
Onlayn biletləri https://bilet.neftchi.az saytından və “Neftçi”nin mobil tətbiqindən əldə etmək olar.
Tribunadakı yerin bu dəfə səni İstanbula apara bilər!



No Comment! Be the first one.