Nigar Camal Dünya Kubokunun final günündə çıxış edəcək
“Eurovision” qalibi Nigar Camal bu gün Bakıda keçirilən “The Silk Road Tour” Dünya Kubokunun son yarış günündə iştirak edəcək.
Sportify.az xəbər verir ki, sənətçi Su İdmanı Sarayında baş tutacaq final günündə tamaşaçılar qarşısında çıxış edəcək.
Qeyd edək ki, “The Silk Road Tour” Dünya Kuboku oktyabrın 1-dən 3-dək Bakı Su İdmanı Sarayında keçirilir.
Yarışların son günündə idmançıların mübarizəsini izləmək və Nigar Camalın çıxışına şahid olmaq istəyənlər tədbirə iTicket.az platforması və şəhər kassalarından əldə olunan biletlərlə qatılmaq mümkündür.



No Comment! Be the first one.