Çempionlar Liqasında məhsuldar gecə və gözlənilməz nəticələr - YENİLƏNDİ
UEFA Çempionlar Liqasının Liqa mərhələsində II tura start verilib.
Sportify.az-ın məlumatına görə, turun ilk oyun günündə 9 qarşılaşma keçirilib.
Türkiyə təmsilçisi “Qalatasaray” İspaniya “Barselona”sını qəbul edib. Hesabı 28-ci dəqiqədə meydan sahibləri açsalar da, qonaqlar geridönüş edərək, böyük hesablı qələbə qazanıblar – 4:1.
Daha bir böyük hesablı qələbəni son turda “Sabah”ı qəbul edəcək İngiltərə “Arsenal”ı əldə edib. London komandası evdə Fransa “Lill”ini məğlubiyyətə uğradıb – 3:0.
Fransanın digər təmsilçisi “Lans” isə evdə Portuqaliya “Sportinq”inə uduzub – 0:2.
Gecənin ən gözlənilməz nəticəsi debütant “Vikinq”in Norveçdə Almaniya “Bavariya”sı ilə məhsuldar heç-heçəsi olub – 3:3. Üstəlik, “Bavariya” futbolçusu Maykl Oliseni itirərək, matçı azlıqda başa vurub.
“İnter”in İtaliyada Belçika “Brügge”sinə 3:4 hesablı məğlubiyyətini də gözlənilməz nəticə adlandırmaq olar.
Ümumilikdə gecənin 9 qarşılaşmasının heç biri qolsuz tamamlanmayıb. Görüşlərin hamısında qapılara qollar vurulub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
13 oktyabr
20:45. “Lans” (Fransa) – “Sportinq” (Portuqaliya) – 0:2
Qol: Luis Suares, 22. İssa Dumbia, 74
20:45. “Sabah” (Azərbaycan) – “Slaviya” (Praqa, Çexiya) – 2:0
Qol: Kahim Parris, 49. Coy Lens Mikels, 88
23:00. “Arsenal” (İngiltərə) – “Lill” (Fransa) – 3:0
Qollar: Yurryen Timber, 64. Ebereçi Eze, 67. Bukayo Saka, 71
23:00. “Atletiko” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 2:0
Qollar: Pablo Barrios, 1. Ademola Lukman, 79
Qırmızı vərəqə: Leni Yoro, 74 (“Mançester Yunayted”)
23:00. “İnter” (İtaliya) – “Brügge” (Belçika) – 3:4
Qollar: Lautaro Martines, 44; 81. Anj-Yoan Bonni, 90+3 – Nikolo Trezoldi, 30 (pen.); 63; 74. Romeo Verman, 87
23:00. “Qalatasaray” (Türkiyə) – “Barselona” (İspaniya) – 1:4
Qollar: Aleksey Batrakov, 28 – Joau Kanselu, 43. Firmin Lopes, 50. Entoni Qordon, 53. Karim Adeyemi, 65
23:00. “Leyptsiq” (Almaniya) – PSV (Niderland) – 1:0
Qol: Brayan Qruda, 75
İstifadə olunmamış penalti: İvan Perişiç, 19 (PSV)
23:00. “Vikinq” (Norveç) – “Bavariya” (Almaniya) – 3:3
Qollar: Canni Stensness, 2. Peter Kristiansen, 38. Herman Högen, 90 – Harri Keyn, 54 (pen.); 60. Luis Dias, 71
Qırmızı vərəqə: Maykl Olise, 74 (“Bavariya”)
23:00. “Vilyarreal” (İspaniya) – “Napoli” (İtaliya) – 3:1
Qollar: Jorj Mikautadze, 23. Santyaqo Mourinyo, 26. Tani Oluvayesi, 86 – Amir Rrahmani, 8
Qeyd edək ki, turun digər 9 qarşılaşması oktyabrın 14-də keçiriləcək.



No Comment! Be the first one.