"Sabah" qalib gəldi, Azərbaycan İsraili keçdi - FOTO
“Sabah” komandasının Çempionlar Liqasının əsas mərhələsində Çexiya təmsilçisi “Slaviya Praqa” üzərində 2:0 hesablı qələbəsi UEFA reytinqinə də təsirsiz ötüşməyib.
Sportify.az-ın məlumatına görə, bu qalibiyyətin ardından Azərbaycanın aktivinə 0,500 xal əlavə olunub.
Beləliklə, son 5 mövsümdə toplanılmış xal sayı 24,187-yə çatıb.
Nəticədə İsraili üstələyən Azərbaycan bir pillə irəliləyərək, 24-cü mövqeyə yüksəlib.

Qeyd edək ki, İsrail avrokubokların əsas mərhələsində “Hapoel Beer Şeva” ilə təmsil olunur. Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun yekununda “Sabah”a uduzan bu klub mübarizəni Avropa Liqasının Liqa mərhələsində davam etdirir. Beer Şeva komandası oktyabrın 15-də Niderlandda “AZ Alkmaar”ın qonağı olacaq.



No Comment! Be the first one.