Cerrard bu kluba keçəcək
Stiven Cerrardın məşqçilik fəaliyyətini İngiltərədə davam etdirə biləcəyi bildirilir.
Sportify.az xəbər verir ki, əfsanəvi futbolçunun Çempionşip təmsilçisi “Rekshem”in baş məşqçi postuna namizədlər arasında olduğu iddia edilir.
“talkSPORT”un yaydığı məlumata görə, Uels klubunun rəhbərliyi hazırkı çalışdırıcı Fil Parkinsonla yollarını ayırmağı nəzərdən keçirir. Klub rəhbərlərinin bu vəzifədə Cerrardı görmək istədiyi qeyd olunur.
Çempionşipdə mövsümün 10 turundan sonra “Rekshem” 11 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Komanda indiyədək iki qələbə qazanıb, beş görüşdə heç-heçə edib, üç dəfə isə meydanı məğlub tərk edib.
Xatırladaq ki, Stiven Cerrard 2025-ci ilin yanvarında Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubundan ayrılıb. Həmin vaxtdan məşqçilik fəaliyyəti ilə məşğul olmayan ingiltərəli mütəxəssis hazırda “TNT Sports” telekanalında futbol eksperti kimi çalışır.



No Comment! Be the first one.