“Çelsi” “Everton”la oyuna retro gerblə çıxacaq
“Çelsi” klubu İngiltərə Premyer Liqasının növbəti turunda “Everton”la qarşılaşma öncəsi maraqlı addım atıb.
Sportify.az xəbər verir ki, London təmsilçisi bu matçda üçüncü formasını tarixi gerblə təqdim edəcək.
“Çelsi”nin geyinəcəyi ağ rəngli forma mavi və qırmızı zolaqlarla bəzədilib. Dizayn ötən əsrin 90-cı illərində, xüsusilə 1992/93 mövsümündə klubun istifadə etdiyi səfər formalarını xatırladır.
Forma ilə əlaqədar olaraq London təmsilçisi sosial şəbəkə hesablarında da retro gerbdən istifadə edib. Bununla klub öz tarixinin əvvəlki dövrlərinə xüsusi diqqət çəkib.
Yeni formanın digər diqqətçəkən detalı isə Klublararası Dünya Kubokunda qazanılan çempionluğu simvolizə edən “Dünya Çempionları” nişanıdır.
Qeyd edək ki, “Everton” – “Çelsi” qarşılaşması oktyabrın 17-də, Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.



No Comment! Be the first one.