“Barselona”ya fırtına mane oldu
“Barselona” Kataloniyada baş verən fırtına səbəbindən evə qayıda bilməyib.
Sportify.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb. Komanda əlverişsiz hava şəraiti səbəbindən gecəni Sevilyada keçirməli olub.
Qeyd edək ki, “Barselona” oktyabrın 17-də İspaniya La Liqasının 9-cu turunda səfərdə “Betis”lə qarşılaşıb və rəqibini 5:2 hesabı ilə məğlub edib.
Kataloniya təmsilçisi oktyabrın 19-da Parisə yollanmağı planlaşdırır. Komanda oktyabrın 20-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində PSJ ilə üz-üzə gələcək.
La Liqada 9 turdan sonra 27 xala malik “Barselona” turnir cədvəlinə başçılıq edir. Kataloniya klubu ən yaxın izləyicisi “Atletiko”nu 5 xal qabaqlayır.



No Comment! Be the first one.