Kurban Berdiyev: Rəqib qələbəyə layiq idi, standart vəziyyətlərdə səhvlərə yol verdik
Misli Premyer Liqasının VIII turunda “İmişli” “Turan Tovuz”u məğlub edib:1:0.
Sportify.az xəbər verir ki, qarşılaşmadan sonra “Turan Tovuz”unn baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlədin suallarını cavablandırıb.
– Düşünürəm ki, rəqib qələbəyə layiq idi. Standart vəziyyətlərdə ciddi problemlər yaşadıq və bu epizodlardan qol buraxdıq. Halbuki həmin məqamlar üzərində məşqlərdə işləyirdik. Təəssüf ki, buna baxmayaraq, səhvlərə yol verdik və qollar buraxdıq.
– Komandaların qol imkanları çox olmasa da, rəqib öz fürsətlərindən yararlandı. Bu barədə nə deyə bilərsiniz?
– Bəli, imkanlar çox deyildi. Təəssüf ki, rəqib yaratdığı fürsətlərin bəzilərini qola çevirdi. Biz isə öz imkanlarımızdan yararlana bilmədik.
– Standart vəziyyətlər rəqibin əsas silahlarından biridir. Buna baxmayaraq, məhz bu cür epizodlardan qol buraxdınız. Bunun səbəbi nədir?
– Standart vəziyyətlər üzərində kifayət qədər işləyirik. Bu epizodlara xüsusi diqqət yetiririk, lakin hər dəfə istədiyimiz nəticəni əldə etmək mümkün olmur. Təəssüf ki, bu gün də alınmadı.



No Comment! Be the first one.