"Real Madrid", "Komo" və "Qalatasaray" 4 qolla qalib gəldi – YENİLƏNDİ
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turuna yekun vurulub.
Sportify.az xəbər verir ki, turun ikinci oyun günündə də 9 görüş keçirilib.
Türkiyə təmsilçisi “Qalatasaray” Fransada “Lill”i 4:2 hesabı ilə məğlub edərək, ilk qələbəsini qazanıb.
Türkiyə millisinin futbolçusu Arda Güler isə İspaniya “Real Madrid”inin heyətində bu mövsüm Çempionlar Liqasında ilk qolunu vurub. Bu, Almaniya “Leyptsiq”i ilə ev oyununa təsadüf edib. “Kral klubu” qarşılaşmadan böyük hesablı qələbə ilə ayrılıb – 4:1.
Almaniyada “Bavariya” və İngiltərənin “Arsenal”ı arasında keçirilmiş görüşdə isə 4 qol vurulub. Tərəflər hərəyə iki dəfə fərqləniblər.
Liqa mərhələsinin debütantlarından “Komo” İtaliyada “Sabah”ın ilk rəqibi İngiltərə “Mançester Yunayted”ini 4:1 hesabı ilə darmadağın edib.
Daha bir debütant – Avstriya LASK-ı isə Portuqaliyada “Sportinq”i məğlubiyyətə uğradıb – 3:2.
Əvəzində “Sabah”ın növbəti rəqibi və üçüncü debütant Norveç “Vikinq”i İngiltərədə “Aston Villa”ya böyük hesabla uduzub.
Əvvəlki iki görüşünü məğlubiyyətlə başa vurmuş “İnter” komandası İtaliyada 10 oyunçu ilə qalmasına baxmayaraq, Ukrayna “Şaxtyor”unu üstələməyi bacarıb – 1:0.
Çempionlar Liqası
Liqa mərhələsi, III tur
21 oktyabr
20:45. “Komo” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə) – 4:1
Qollar: Niko Pas, 2; 57. Anastasios Duvikas, 49. Hakobo Ramon, 76 – Coşua Zirkzee, 90+1
20:45. “Lill” (Fransa) – “Qalatasaray” (Türkiyə) – 2:4
Qollar: Soriba Diaun, 7; 39 – Yunus Akgün, 2. Aleksey Batrakov, 44. Nabil Bentaleb, 52 (öz qapısına). Viktor Osimhen, 61
23:00. “Aston Villa” (İngiltərə) – “Vikinq” (Norveç) – 3:0
Qollar: Ross Barkli, 23. Emiliano Buendia, 37 (pen.). Henrik Heqqheym, 62 (öz qapısına)
23:00. “Brügge” (Belçika) – “Lans” (Fransa) – 3:0
Qollar: Hans Vanaken, 45+3. Yoakin Seys, 50. Karluş Forbş, 72
23:00. “Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) – 2:2
Qollar: Alfonso Devis, 35. Harri Keyn, 61 (pen.) – Ebereçi Eze, 25. Deklan Rays, 82
23:00. “İnter” (İtaliya) – “Şaxtyor” (Ukrayna) – 1:0
Qol: Karlos Auqusto, 77
Qırmızı vərəqə: Alessandro Bastoni, 68 (“İnter”)
23:00. “Real Madrid” (İspaniya) – “Leyptsiq” (Almaniya) – 4:1
Qollar: Bernardu Silva, 44. Arda Güler, 52. Kilian Mbappe, 83. Yan Dyomande, 87 – Tidyam Qomis, 85
23:00. “Betis” (İspaniya) – “Feyenoord” (Niderland) – 1:0
Qol: İsko, 59 (pen.)
23:00. “Sportinq” (Portuqaliya) – LASK (Avstriya) – 2:3
Qollar: Luis Suares, 5 (pen.); 89 – Kristof Lanq, 15. Saşa Kalayciç, 63. Kriştof Danek, 68
20 oktyabrda keçirilmiş oyunların nəticələri
“Fənərbağça” (Türkiyə) – “Slaviya” (Praqa, Çexiya) – 2:2
“Sabah” (Azərbaycan) – “Borussiya Dortmund” (Almaniya) – 1:2
“Roma” (İtaliya) – “Slovan Bratislava” (Slovakiya) – 4:0
“Portu” (Portuqaliya) – PSV (Niderland) – 0:1
“Liverpul” (İngiltərə) – “Vilyarreal” (İspaniya) – 4:3
“Mançester Siti” (İngiltərə) – AEK (Yunanıstan) – 5:1
PSJ (Fransa) – “Barselona” (İspaniya) – 4:2
“Napoli” (İtaliya) – “Budö Qlimt” (Norveç) – 4:3
“Ştutqart” (Almaniya) – “Atletiko” (İspaniya) – 1:1



No Comment! Be the first one.