"Qalatasaray" Fransada qələbə qazandı
Türkiyənin “Qalatasaray” komandası UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
Sportify.az xəbər verir ki, “sarı-qırmızılar” əsas mərhələnin III tur matçında Fransada “Lill”in qonağı olub.
Okan Burukun baş məşqçi olduğu kollektiv 4:2 hesablı qələbə qazanıb.
Artıq 2-ci dəqiqədə Yunus Akgün hesabı açıb. 7-ci və 39-cu dəqiqələrdə Soriba Dyaun “dubl” edərək, “Lill”i önə çıxarıb.
Lakin 44-cü dəqiqədə Aleksey Batrakov fərqlənərək, ilk yarının bərabərliklə başa çatmasını təmin edib – 2:2.
52-ci dəqiqədə “Lill”in yarımmüdafiəçisi Nabil Bentaleb topu öz qapısına göndərərək, “Qalatatasaray”ı hesabda önə keçirib. Oyunda son nöqtəni isə 61-ci dəqiqədə Viktor Osimhem qoyub.
Beləliklə, “Lill” əsas mərhələdəki üçüncü matçını da məğlubiyyətlə başa vurub və hazırda xalsız 5 komandadan biri kimi 35-ci pillədə qərarlaşıb.
İlk qələbəsini qazanan “Qalatasaray” isə 3 xalla 24-cü yerdə gedir.



No Comment! Be the first one.