Elçin Məmmədov Avropa çempionatında bürünc medal qazandı
Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan millisinin aktivinə daha bir medal yazılıb.
Sportify.az xəbər verir ki, M2 yaş kateqoriyasında mübarizə aparan Elçin Məmmədov (-100 kq) üçüncü yer uğrunda görüşdə Almaniya təmsilçisi Saşa Mixalskiyə qalib gələrək bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan veteran cüdoçularının qitə çempionatında qazandıqları medalların sayı 4-ə çatıb.
Daha əvvəl millimizin heyətində Fərhad Rəcəbli (M8, -90 kq) qızıl, Elşən Kərimov (M4, -60 kq) və Babək Hacıyev (M5, -60 kq) isə gümüş medal əldə ediblər.





No Comment! Be the first one.