Zubir “Qarabağ”dan ayrıldı
“Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir karyerasını Qətərdə davam etdirəcək.
Spotify.az-ın məlumatına görə, o, bu ölkənin “Əl-Şahaniyə” klubuna keçib.
33 yaşlı vinger müqavilə imzalamaq üçün klubun düşərgəsinə yola düşüb.
Zubir 2018-ci ildən “Qarabağ”ın formasını geyinirdi. Fransalı yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində keçirdiyi illər ərzində komandanın əsas futbolçularından birinə çevrilib.
O, “Qarabağ”ın avrokuboklardakı tarixində ən çox qol vuran futbolçu kimi də klubdan ayrılıb.



No Comment! Be the first one.