Almaniya millisinə 44 futbolçu çağırıldı
Almaniya millisinin baş məşqçisi Yurgen Klopp UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün 44 futbolçuya dəvət göndərib.
Sportify.az xəbər verir ki, yeni baş məşqçi iki ayrı heyət formalaşdırıb. Onlardan 11 futbolçu ilk dəfə Almaniya millisinin düşərgəsinə çağırılıb.
İlk dəfə dəvət alanlar Feliks Kaydel (“Elversberq”), Finn Yelç (“Ştutqart”), Hennes Berens (“Auqsburq”), Maks Rozenfelder, Filip Troy, Derri Şerhant, Yannik Engelhardt (hamısı “Frayburq”), Bambase Konte (“Hoffenhaym”), Yunis Ebnutalib (“Ayntraxt”), Vitali Yanelt (“Brentford”) və Mika Baur (“Seltik”)dir.
Qeyd edək ki, “Ayaks”ın qapıçısı Mark-Andre ter Ştegen də milliyə qayıdıb. O, 2026-cı il dünya çempionatını buraxıb. Kloppun sözlərinə görə, Manuel Noyerin gedişindən sonra ter Ştegen Almaniya millisinin əsas qapıçısı olacaq.
Almaniya sentyabrın 24-də Niderland, 27-də Yunanıstan, oktyabrın 1-də Serbiya və oktyabrın 4-də yenidən Yunanıstanla qarşılaşacaq.



No Comment! Be the first one.