Rafinya adını “Barselona” tarixinə yazdırdı
İspaniya La Liqasının VII turunda keçirilən “Sevilya” ilə dünənki matç “Barselona”nın hücumçusu Rafinya üçün əlamətdar olub.
Sportify.az xəbər verir ki, braziliyalı futbolçu görüşdə het-trikə imza atıb.
Bu nəticə ilə Rafinya cari mövsümdə bütün turnirlərdə keçirdiyi 8 oyunda 14-cü qolunu vurub. Beləliklə, o, “Barselona” tarixində mövsümün ilk 8 matçında ən çox qol vuran futbolçu olub.
Qeyd edək ki, sentyabrın 20-də keçirilən qarşılaşmada “Barselona” səfərdə “Sevilya”nı 3:1 hesabı ilə məğlub edib.


No Comment! Be the first one.