"Turan Tovuz" - "Fənərbağça": başlama saatı açıqlandı
“Turan Tovuz” və Türkiyənin “Fənərbağça” komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı məlum olub.
Bu barədə Tovuz klubundan Sportify.az-a məlumat verilib.
Bildirilib ki, oktyabrın 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşün start fiti saat 20:00-da səslənəcək.
Qarşılaşma üçün biletlər sabahdan satışa çıxarılacaq.


No Comment! Be the first one.