Çempionlar Liqası: "Sabah"ın bilet qiymətləri narazılıq yaratdı
“Sabah” klubu Çempionlar Liqasının əsas mərhələsindəki ev oyunları üçün biletlərin satışına başlayıb.
Sportify.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşmalar üçün ən ucuz biletə 35 manat qiymət qoyulub.
Daha bahalı bietlər isə 190 manata və 285 manatadır.
Azarkeşlər bir biletlə 4 ev matçının hamısını izləməyə bilərlər.
Paket şəklində alınan biletlə oktyabrın 13-də “Slaviya Praqa” (Çexiya), oktyabrın 20-də “Borussiya Dortmund” (Almaniya), noyabrın 25-də “Barselona” (İspaniya) və yanvarın 20-də “Napoli” (İtaliya) ilə görüşləri canlı seyr etmək olar.
Başqa sözlə, hər oyuna ayrıca bilet almaq mümkün olmayacaq.
Klubun bu addımı ciddi narazılıqlarla qarşılanıb. Azarkeşlər klubun sosial şəbəkə paylaşımlarına şərhlər yazaraq, “Sabah”ın bu addımını haqsızlıq adlandırıblar.
Qeyd edək ki, ilk iki ev oyunu saat 20:45-də, son iki ev oyunu isə saat 21:45-də başlanacaq. Tədbir üçün alınmış biletlər geri qaytarılmır, dəyişdirilmir və bərpa olunmur. Biletlər yalnız QR-bilet formatında satılır. Biletdən istifadə etmək üçün biletin alındığı hesabla iTicket.AZ mobil tətbiqinə daxil olmaq lazımdır. QR-biletlər yalnız tədbir günü aktivləşdiriləcək. QR-biletin ekran görüntüsü, biletin fotosu və ya digər qeyri-rəsmi bilet formaları ilə girişə icazə verilmir.





No Comment! Be the first one.