Roma Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
İtaliyanın paytaxtı Roma 2036 və ya 2040-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməyə hazırlaşır.
Sportify.az xəbər verir ki, bu barədə şəhərin meri Roberto Qualtyeri məlumat verib.
Onun sözlərinə görə, İtaliyanın paytaxtında idman obyektləri və stadionlarla bağlı bir sıra layihələr üzərində iş aparılır. Mer bildirib ki, “Roma” klubunun yeni stadionunun tikintisi ilə bağlı layihə irəliləyir. Həmçinin “Latsio” klubunun stadionu ilə bağlı layihə də diqqətdə saxlanılır.
R. Qualtyeri qeyd edib ki, bu layihələr 2032-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına hazırlıqla yanaşı, Romanın Olimpiya Oyunlarına namizədliyini də gücləndirir.
Qeyd edək ki, Roma daha əvvəl, 1960-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edib.



No Comment! Be the first one.