Zinəddin Zidan Fransa millisində ilk məşqinə çıxdı
Fransa milli komandasının baş məşqçisi Zinəddin Zidan sentyabrın 21-də komanda ilə ilk məşqinə çıxıb.
Sportify.az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.
Məşqdə 12 futbolçu iştirak edib. Bərpa xarakterli məşqi 50-yə yaxın jurnalist izləyib.
Zidanın rəhbərlik etdiyi məşq prosesinə onun “Real Madrid”də birlikdə çalışdığı köməkçisi David Bettoni, həmçinin Fransa millisinin 1998-ci il dünya və 2000-ci il Avropa çempionu olmuş sabiq futbolçusu, hazırda isə yığmanın qapıçılar üzrə məşqçisi olan Fabien Barthez də qatılıb.
Məşq qısa təlim-matçından sonra başa çatıb. Ardınca Zidanın özünün ötürmələr etdiyi cinahlardan asmalar üzərindən qapıya zərbələr məşq etdirilib.
54 yaşlı Zinəddin Zidan Fransa millisinin baş məşqçisi vəzifəsinə 2026-cı il avqustun 1-də təyin olunub. Onun müqaviləsi 2030-cu il iyulun 31-dək qüvvədədir.
Fransa yığmasını Millətlər Liqasında qarşıdakı dörd oyun gözləyir. Komanda sentyabrın 25-də səfərdə Türkiyə, sentyabrın 28-də isə Belçika ilə qarşılaşacaq. Fransa millisi oktyabrın 2-də və 5-də “Stad de Frans” stadionunda müvafiq olaraq İtaliya və Belçika ilə ev oyunlarına çıxacaq.



No Comment! Be the first one.