Fransalı hücumçu əməliyyat olundu
İtaliya klubu “Yuventus”un hücumçusu Randal Kolo Muani “Atalanta” ilə oyunda aldığı zədə səbəbindən əməliyyat keçirib.
Sportify.az xəbər verir ki, fransalı futbolçunun sağ əlinin beşinci barmağının proksimal falanqasında sınıq aşkarlanıb. O, zədəyə baxmayaraq matçın 89-cu dəqiqəsinə qədər meydanda qalıb.
Əməliyyat sentyabrın 21-də “J|medical” klinikasında doktor Loris Pegoli tərəfindən həyata keçirilib və uğurlu alınıb.
Kolo Muaninin milli komandalar üçün yaranan fasilə zamanı bərpa olunaraq yaxın həftələrdə məşqlərə qayıtması gözlənilir. “Yuventus” onun oktyabrın 11-də “Kalyari”yə qarşı keçirilməsi planlaşdırılan İtaliya çempionatı oyununda meydana çıxacağına ümid edir.



No Comment! Be the first one.