Tacikistan millisinin kapitanı: “Azərbaycan futbolunu izləyirik”
Tacikistan milli komandasının kapitanı Axtam Nazarov Azərbaycan yığması ilə keçiriləcək yoldaşlıq görüşü öncəsi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportify.az xəbər verir ki, 33 yaşlı sol cinah müdafiəçisi sabah maraqlı qarşılaşmanın baş tutacağını bildirib:
“Sabah iki yaxşı komanda meydana çıxacaq. Bizi burada çox yaxşı qarşıladılar. Hazırlıq prosesimiz faydalı keçir. Sabahkı oyuna yaxşı futbol göstərmək üçün hazırıq.»
Azərbaycan millisində bəzi futbolçuları tanıyırıq. Kapitanla yanaşı, sağ və sol cinah yarımmüdafiəçilərindən də xəbərimiz var. Mənə Azərbaycandan heç vaxt təklif gəlməyib.
Oleq Baklov burada çıxış edir. Azərbaycan futbolunu izləyirik. Çempionlar Liqasında mübarizə aparan komandalarınız da var. Sizə uğurlar arzulayıram”.
Qeyd edək ki, Azərbaycan – Tacikistan yoldaşlıq oyunu sabah “Palms Sports Arena”da keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.



No Comment! Be the first one.