AFFA-nın vitse-prezidentinə yeni təyinat
AFFA-nın vitse-prezidenti Könül Mehtiyeva növbəti beynəlxalq təyinat alıb.
Sportify.az xəbər verir ki, Mehtiyeva UEFA Millətlər Liqasında C Liqasında 4-cü qrupun Bolqarıstan – Lüksemburq matçının UEFA nümayəndəsi olacaq.
Sentyabrın 26-da Bolqarıstanın Plovdiv şəhərindəki Xristo Botev stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Oyunu Sander van der Eykin rəhbərliyi altında niderlandlı hakimlər briqadası idarə edəcək. Hakim-inspektor funksiyasını isə şotlandiyalı Uilyam Kollam yerinə yetirəcək.



No Comment! Be the first one.