İdmançımız Avropa üçüncüsü oldu
Serbiyanın Novi Sad şəhərində atıcılıq idman növü üzrə XVI Avropa çempionatı davam edir.
Sportify xəbər verir ki, Azərbaycan deaflimpiyaçı atıcıları tarixdə ilk dəfə eşitmə məhdudiyyətli idmançılar arasında atıcılıq üzrə Avropa çempionatında mübarizə aparırlar.
Çempionatın 10 metr məsafəyə pnevmatik tapança növündə 9 ölkə və bir neytral komandanı təmsil edən 21 idmançı iştirak edib.
Deaflimpiya atıcılıq üzrə baş məşqçi Rəsul Məmmədovun rəhbərliyi altında yarışan Azərbaycan təmsilçiləri Əli İskəndərli və Nicat Əzimov təsnifat mərhələsində uğurlu çıxış edərək ilk səkkizliyə yüksəlib və final mərhələsinə vəsiqə qazanıblar.
Finalda idmançılar Tokio-2025 Deaflimpiya Oyunlarının bürünc medalçısı xorvatiyalı Boris Gramnjak, həmin yarışları dördüncü pillədə başa vuran Pervan Bruno, neytral komandanın təmsilçisi, Sofiya-2013 Deaflimpiya Oyunlarının bürünc medalçısı Boris Lazarev və digər təcrübəli atıcılarla mübarizə aparıblar.
Yekunda Əli İskəndərli 3-cü, Nicat Əzimov isə 5-ci yeri tutub.
Beləliklə, Əli İskəndərli Azərbaycan deaflimpiya idmanında atıcılıq üzrə Avropa çempionatında medal qazanan ilk idmançı kimi tarixə düşüb.



No Comment! Be the first one.