İtaliyalı sürücü Bakıda qəza törətdi
“Mercedes” komandasının pilotu Andrea Kimi Antonelli Formula 1 üzrə Azərbaycan Qran-prisinin sıralama turunda qəza törədib.
Sportify.az xəbər verir ki, çempionatın lideri olan 20 yaşlı italiyalı sürücü bolidinin divara toxunduğunu radio vasitəsilə yarış mühəndisinə bildirib.
Hadisə nəticəsində avtomobilin ön sol hissəsində zədələnmə yaranıb. Andrea Kimi Antonelli sessiyanı başa vura bilməyərək pit-leynə qayıtmağa məcbur olub.



No Comment! Be the first one.