"Neftçi"nin legioneri millidə qol vurdu
“Neftçi”nin hücumçusu Denzel Jubitana Surinam millisinin heyətində növbəti oyununa çıxıb.
Sportify.az xəbər verir ki, Surinam yığması Millətlər Liqasında A Liqasının B qrupunun görüşündə Hondurasla qarşılaşıb.
Matç Surinamın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Jubitana qarşılaşmada komandasının ikinci qolunu vuraraq, qalibiyyətə töhfə verib.
Qeyd edək ki, Surinam millisi Millətlər Liqasında növbəti oyununu sentyabrın 29-da Martinikaya, daha sonra isə oktyabrın 3 və 6-da Qvatemalaya qarşı keçirəcək.



No Comment! Be the first one.