Azərbaycanlı döyüşçünün UFC debütü qalmaqalla başa çatdı - VİDEO
Azərbaycanın MMA döyüşçüsü Məhəmmədəli Osmanlı UFC-də ilk döyüşünü keçirib.
Sportify.az xəbər verir ki, 22 yaşlı idmançı Las-Veqasda təşkil olunan UFC Fight Night 289 turnirinin əsas kartında Qırğızıstan təmsilçisi İlimbek Akılbek Uulu ilə qarşılaşıb.
“The Ultimate Fighter” 34-ün bantamweight finalı çərçivəsində keçirilən döyüş cəmi 2 dəqiqə 19 saniyə davam edib.
Osmanlı bu müddətdə rəqibinə qanunsuz diz zərbəsi endirib. Hakim Uulunun həmin anda yerdə olduğunu müəyyənləşdirərək azərbaycanlı döyüşçünü diskvalifikasiya edib.
Beləliklə, İlimbek Akılbek Uulu UFC-də ilk qələbəsini rəsmiləşdirib, Məhəmmədəli Osmanlı isə peşəkar karyerasında ikinci məğlubiyyətini alıb.
Osmanlı “The Ultimate Fighter” 34-də uğurlu çıxışı ilə finala yüksəlmişdi. O, finala qədər Kristian Strongu ikinci raundda “buggy choke” ilə məğlub etmişdi.
Osmanli je diskvalifikovan zbog nedozvoljenog kolena. Stvarno bezvezna njegova greška#UFCVegas121 pic.twitter.com/Kcfo9H4WYV
— Kavez MMA (@KavezMma) September 27, 2026



No Comment! Be the first one.