Modriç millidə 30-cu qolunu vurdu
Xorvatiya millisinin kapitanı Luka Modriç yığmanın heyətində 30-cu qolunu vurub.
Sportify.az xəbər verir ki, Xorvatiya millisi UEFA Millətlər Liqasının matçında səfərdə Çexiya ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Qonaqların heyətində qollardan birinə Luka Modriç imza atıb. Bu, 41 yaşlı yarımmüdafiəçinin Xorvatiya millisində 30-cu qolu olub.
Bununla da Modriç yığma tarixində ən yaşlı qol müəllifi rekordunu yeniləyib. O, Çexiya ilə matçda 41 yaş 17 günlük olarkən fərqlənib.
Qeyd edək ki, əvvəlki rekord da Modriçə məxsus idi. O, 2026-cı il iyunun 7-də Sloveniya ilə görüşdə qol vurarkən Xorvatiya millisinin tarixində ən yaşlı qol müəllifi olmuşdu.



No Comment! Be the first one.