Kleberson: “Safonovun “İlin qapıçısı” mükafatını qazanmaq şansı var”
Braziliya millisinin sabiq dünya çempionu Kleberson PSJ-nin qapıçısı Matvey Safonovun “İlin qapıçısı” mükafatını qazana biləcəyini düşünür.
Sportify.az xəbər verir ki, Kleberson bu barədə TASS-a açıqlamasında danışıb.
Braziliyalı keçmiş futbolçu Safonovun oyununu yüksək qiymətləndirib və onun Qitələrarası Kubokda penaltilər seriyasındakı çıxışını xüsusi qeyd edib.
“Əlbəttə, inanıram ki, o, “İlin qapıçısı” mükafatını qazana bilər. Lakin bu kateqoriyada digər güclü qapıçılar da var. Qapıçı mövqeyi çox çətindir. Yaxşı oynaya bilərsən, amma bir səhv hər şeyi dəyişə bilər. Safonov əla qapıçıdır və mükafatı qazanmaq şansı var. O, bəzi vacib məqamlarda PSJ-ni xilas edib”, – deyə Kleberson bildirib.
Qeyd edək ki, Safonovla yanaşı Yassin Bunu, Tibo Kurtua, Xoan Qarsiya, Qreqor Kobel, Emiliano Martinez, Eduard Mendi, Devid Raya, Unai Simon və Voyçex Şensnı da mükafata namizəddirlər.
“İlin qapıçısı”nın qalibi oktyabrın 26-da Londonda keçiriləcək “Qızıl top” mükafatlandırma mərasimində açıqlanacaq.



No Comment! Be the first one.