Yığmamız 18 komanda içərisində 12-ci oldu
24–26 sentyabr tarixlərində Gürcüstanın Batumi şəhərində yeniyetmələr arasında Qran-pri yarışı keçirilib.
Sportify.az xəbər verir ki, yarışda Azərbaycanı Aleksandr Pluşenko, Arina Kalugina, həmçinin buz üzərində rəqs cütlüyü Anna Obrien və Dreyk Tonq təmsil ediblər.
Aleksandr Pluşenko qısa və sərbəst proqramın yekununda 181,97 xal toplayaraq 26 iştirakçı arasında 10-cu yeri tutub.
Arina Kalugina 160,02 xalla 35 idmançı arasında 14-cü olub.
Anna Obrien və Dreyk Tonq isə ritm və sərbəst rəqsin nəticələrinə əsasən 119,27 xal toplayaraq 18 cütlük arasında 12-ci sırada qərarlaşıblar.



No Comment! Be the first one.