“Beşiktaş” iki futbolçu ilə vidalaşır
Türkiyənin “Beşiktaş” futbol klubunda əcnəbi futbolçu limiti ilə bağlı dəyişikliklərin olacağı gözlənilir.
Sportify.az “Milliyet”ə istinadən xəbər verir ki, qış transfer pəncərəsində iki futbolçunun komandadan ayrılması gündəmdədir.
Bu oyunçular Milot Raşitsa və Vilfred Ndididir.
Xüsusilə kosovolu futbolçu Milot Raşitsanın komandadan ayrılacağına böyük ehtimalla yanaşılır.
Onun gedişindən sonra “Beşiktaş”ın ehtiyaclar doğrultusunda həmin mövqeyə yeni futbolçu transfer etməsi gözlənilir.



No Comment! Be the first one.