“Mançester Yunayted”dən üç müdafiəçi transferi
İngiltərənin “Mançester Yunayted” komandası müdafiə xəttini gücləndirmək üçün üç yeni futbolçu transfer etməyi planlaşdırır.
Sportify.az xəbər verir ki, bu barədə “Theatre of Red” nəşri məlumat yayıb.
Bildirilib ki, İngiltərə klubu müdafiənin hər iki cinahına bir, mərkəzə isə daha bir futbolçu almaq istəyir. Mərkəz müdafiəçisi mövqeyində komandanın hazırkı üzvləri Leni Yoro və Eydən Heven də nəzərə alınır.
“Mançester Yunayted” sol cinah üçün “Nyukasl”ın müdafiəçisi Lyuis Hollu əsas namizədlərdən biri hesab edir. 20 yaşlı futbolçunun klubuyla yeni müqavilə imzalamasına baxmayaraq, “qırmızı şeytanlar”ın ona marağı davam edir. Alternativ variant isə mövsümün sonunda “Kristal Pelas”dan ayrılması gözlənilən Tayrik Mitçelldir.
Sağ cinah üçün isə “Roma”nın braziliyalı futbolçusu Uesli nəzərdən keçirilir. 23 yaşlı müdafiəçi klassik vinqbek kimi xarakterizə olunur.
Mərkəz müdafiəçisi mövqeyində isə “Mançester Yunayted” dərhal əsas heyətə uyğunlaşa biləcək yüksək səviyyəli futbolçu axtarır. Klubun “Everton”dan Cared Breytueyt və “Nottingem Forest”dən Murilyo ilə bağlı məlumat topladığı bildirilir.
Transferlərlə bağlı yekun qərarın Harri Maquayr və Lisandro Martinesin klubdakı gələcəyi dəqiqləşdikdən sonra veriləcəyi qeyd olunur. Hər iki müdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin yayında başa çatır.



No Comment! Be the first one.