FIFA prezidenti Bakıya Elxan Məmmədovla birgə gəldi - FOTO
FIFA prezidenti Canni İnfantino Azərbaycana səfərə gəlib.
Sportify.azxəbər verir ki, ali qurumun rəhbəri FIFA-da Üzv Assosiasiyaların direktoru, vaxtilə AFFA-nın baş katibi və icraçı vitse-prezidenti postunda çalışmış Elxan Məmmədovla birgə Bakıya gəlib.
Bakıda keçiriləcək qarşıdakı dünya çempionatında və 15 yaşadək futbolçular arasında gənclər çempionatının festivalında iştirak edəcək.
Azərbaycan millisi A qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timor yığmaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, turnir oktyabrın 24-dən 30-dək Bakıda keçiriləcək.




No Comment! Be the first one.