Azərbaycan - Lixtenşteyn matçına hakim təyinatları açıqlandı
UEFA Millətlər Liqasının D Divizionunda Azərbaycan və Lixtenşteyn yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.
Sportify.az xəbər verir ki, UEFA-nın rəsmi saytına istinadən, qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Kristian-Petru Çokirka olacaq. Ona yan xətt hakimləri Maksimilian Vayss və Martin Obritsberger kömək edəcəklər. Şafak Parmaksız dördüncü hakim funksiyasını yerinə yetirəcək.
VAR hakimi Manuel Şüttenqruber, onun köməkçisi isə Aleksandr Harkam olacaq.
Qeyd edək ki, Azərbaycan – Lixtenşteyn oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.


No Comment! Be the first one.