"Sabah" - "Qarabağ" matçı Masazırda keçirilməyəcək - RƏSMİ
Misli Premyer Liqasında IX turun oyun cədvəli müəyyənləşib.
Sportify.az xəbər verir ki, “Sabah” komandası “Qarabağ”ı Masazırdakı “Bank Respublika Arena”da yox, Mərdəkandakı “Dalğa Arena”da qəbul edəcək.
Oktyabrın 25-də keçiriləcək qarşılaşma saat 18:00-da başlanacaq.
Üç günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
23 oktyabr (cümə)
15:00. “Araz-Naxçıvan” – “Qəbələ”
Şamaxı şəhər stadionu
19:00. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu
24 oktyabr (şənbə)
16:30. “Şəfa” – “Kəpəz”
“SOCAR Polymer Arena”
19:00. “Neftçi” – “Turan Tovuz”
“Palms Sports Arena”
25 oktyabr (bazar)
15:00. “İmişli” – “Şamaxı”
Yevlax şəhər stadionu
18:00. “Sabah” – “Qarabağ”
“Dalğa Arena”
Qeyd edək ki, 9 oktyabrda “Dalğa Arena” stadionunda Peşəkar Futbol Liqası tərəfindən yekun baxış və uyğunluğun təsdiqlənmə prosesi həyata keçiriləcək.



No Comment! Be the first one.