17 yaşlı futbolçu MLS-də ayın oyunçusu seçildi
MLS-də ABŞ təmsilçisi “Filadelfiya Union”un yarımmüdafiəçisi Kavan Sallivan növbəti uğura imza atıb.
Sportify.az xəbər verir ki, sentyabrın 28-də 17 yaşı tamam olan futbolçu MLS-də sentyabr ayının ən yaxşı oyunçusu seçilib.
Sallivan bununla liqa tarixində bu mükafata layiq görülən ən gənc futbolçu olub.
Gənc yarımmüdafiəçi sentyabr ayında keçirdiyi 4 oyunda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Sallivan bir həftə əvvəl ABŞ millisində debüt edib.



No Comment! Be the first one.