Rüfət Abbasov: Yalnız bir düşüncəmiz var
“Sabah bizi olduqca çətin oyun gözləyir. Yalnız bir düşüncəmiz var: Qələbə qazanmalıyıq”.
Sportify.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Rüfət Abbasov evdə Litvaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.
22 yaşlı müdafiəçi komandaya inandığını bildirib: “Oyuna çox yaxşı hazırlaşmışıq. İnanıram ki, bu işin öhdəsindən gələcəyik”.
Qeyd edək ki, oktyabrın 4-də “Palms Sports Arena”da keçiriləcək oyun saat 17:00-da başlanacaq.



No Comment! Be the first one.